Ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, region xəstəxanalarının inkişaf etdirilməsi, əhalinin tibbi xidmətlərə əlçatanlığının hər bir bölgə üzrə təmin edilməsi istiqamətində TƏBİB intensiv işlər görür.
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Pediatriya şöbənin açılışı da bu istiqamətdə atılan növbəti addımlardandır.
Xəstəxanada 20 çarpayıdan ibarət, yeni təmir olunmuş Pediatriya şöbəsi istifadəyə verilib.
Açılış mərasimində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, xəstəxananın direktoru Natiq Əliyev və xəstəxananın inzibati heyəti iştirak edib.
Yeni şöbə zəruri və müasir tibbi avadanlıqlarla təchiz olunub. 6 pediatr həkimin fəaliyyət göstərəcəyi şöbədə həm ambulator, həm də stasionar müalicə həyata keçiriləcək.