banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışır

loader

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) keçirildiyi bu günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışır.

TƏBİB tərəfindən tədbirin keçirildiyi ərazidə tibbi xidmətin təşkili məqsədilə yaşıl və mavi zonalar üzrə tibbi yardım məntəqələri qurulub. Eyni zamanda tədbirlə əlaqədar müvafiq ərazilər üzrə ümumilikdə 60 təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

Bununla yanaşı, Bakı şəhərinin əhalisi sıx olan ərazilərində, o cümlədən yaşayış yerlərinə yaxın ərazilərdə pik saatlarda əlavə təcili yardım briqadaları işə cəlb olunub ki, xidmətin təşkilində gecikmələr baş verməsin. Beləliklə həm paytaxt əhalisinin, həm də xarici qonaqların zəruri təcili tibbi xidmətlərlə təmin olunması üçün bütün lazımi tədbirlər görülüb.

Məlumat üçün bildirək ki, təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə yanaşı, tədbir günlərində tibbi xidmətlərin göstərilməsinə 9 tibb müəssisəsi cəlb olunub.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader