banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

"Yenidoğulmuşlara tibbi yardım üzrə klinik protokollar" mövzusunda vebinar keçirilib

loader

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.5.3-cü bəndinə uyğun olaraq yenilənmiş klinik protokollar üzrə tibb müəssisələrinin aidiyyəti əməkdaşları üçün təlimlərin təşkili davam etdirilir.

Bu çərçivədə 2 aprel 2026-cı il tarixində həkim-pediatr və həkim-neonatoloqlar üçün “Yenidoğulmuşlarda termotənzimləmə, onun pozulmaları və müalicəsi üzrə klinik protokol” və “Sağlam yenidoğulmuşa qulluq üzrə klinik protokol” mövzularında vebinar keçirilib.

Vebinarda Respublika Pediatriya Mərkəzinin həkimləri İlhamə Mirzəyeva və Lamiyə Fərzəliyeva məruzəçi qismində çıxış ediblər. Təlim zamanı iştirakçılara yenidoğulmuşlara göstərilən tibbi yardımın müasir standartlara uyğunlaşdırılması istiqamətində son elmi yeniliklər və beynəlxalq tövsiyələr barədə ətraflı məlumat verilib.

Vebinarda ümumilikdə 178 həkim və tibb bacısı iştirak edib. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb, sonda isə məruzəçilər tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.

Səhiyyə sahəsində tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılmasını, klinik praktikada daha effektiv qərarların qəbulunu əsas prioritetlərdən biri kimi müəyyən edən TƏBİB bu istiqamətdə fəaliyyətini davam etdirir.

loader
loader
loader
loader
loader