banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Autizm spektr pozuntusu: klinik idarəetmə” vebinarı keçirilib

loader

Ümumdünya Autizm Maarifləndirmə Günü çərçivəsində həkim-pediatrlar, həkim-nevroloqlar və həkim-psixoloqlar üçün “Autizm spektr pozuntusu: klinik idarəetmə mövzusunda vebinar təşkil edilib.

Vebinarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin psixoloqu Nəsimi Qiyasov məruzəçi qismində iştirak edib.

Təlimin keçirilməsində əsas məqsəd iştirakçıların autizm spektri (ASP) haqqında məlumatlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq və autizmli fərdlərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək olub. 

Təlim zamanı elmi yeniliklər və beynəlxalq tövsiyələr barədə məlumatlar verilib, autizmin xəstəlik deyil, neyroinkişaf fərqliliyi olduğu izah edilib.

Təlimdə 99 həkim iştirak edib, məruzəçi tərəfindən iştirakçıların sualları ətraflı cavablandırılıb və vebinar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

TƏBİB səhiyyə sahəsində həkimlərin peşəkar bilik və bacarıqlarının artırılmasını, klinik praktikada daha effektiv qərarların qəbul edilməsini qarşıya məqsəd qoyaraq bu istiqamətdə fəaliyyətini davam etdirir.

loader
loader
loader
loader