banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına ilkin tibbi yardım mövzusunda təlim keçirilib

loader

17–22 may 2026-cı il tarixində keçiriləcək Beynəlxalq Şəhərsalma Forumu (WUF) çərçivəsində təşkil olunacaq tədbirə hazırlıq məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları üçün ilkin tibbi yardım mövzusunda təlim təşkil olunub.

İki gün davam edən təlim Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Simulyasiya şöbəsinin təlimçiləri tərəfindən keçirilib. Təlim proqramı iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib.

Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının əsasları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları praktiki şəkildə öyrədilib.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader