“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Təbiəti də sağaldaq” devizi altında mövsümi və silsilə ağacəkmə aksiyaları davam etdirilir.
TƏBİB tabeli bütün tibb müəssisələrində keçirilməsi nəzərdə tutulan ağacəkmə aksiyalarının bir qismi artıq başa çatıb.
Mövsümi ağacəkmə aksiyalarının ilkin mərhələsində 10 tibb müəssisəsi üzrə 1800-dən çox həmişəyaşıl ağaclar əkilib və yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Abşeron Rayon Mərkəzi Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası, Lökbatan Tibb Mərkəzi, Quba Rayon Mərkəzi Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ, Qazax Rayon Mərkəzi Xəstəxanası, Göyçay Rayon Mərkəzi Xəstəxanası və Goranboy Rayon Mərkəzi Xəstəxanasında keçirilən mövsümün növbəti ağacəkmə tədbirində tibb müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak edib.
Məlumat üçün bildirək ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən mövsümi ağacəkmə aksiyaları bütün tabeli tibb müəssisələrində keçiriləcək.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.