banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Tərtər rayonu Evoğlu kənd sakinlərinin tibbi müayinəsi təşkil olunub

loader

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə "Sağlam gələcək" devizi altında Evoğlu kəndinin sakinlərinin tibbi müayinəsi həyata keçirilib. Tibb müəssisəsinin müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, şüa-diaqnostika həkimi və s.) tərəfindən sakinlərə icbari tibbi sığorta çərçivəsində 50-yə yaxın tibbi xidmət göstərilib.   

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.

loader
loader
loader
loader
loader
loader