banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qubada yaradılan ilk Regional Travmatoloji Mərkəzin bir illik fəaliyyətinə həsr olunan regional müşavirə keçirilib

loader

Quba Rayon Mərkəzi Xəstəxanasında ötən il yaradılan ilk Regional Travmatoloji Mərkəzin bir illik fəaliyyətinin qiymətləndirilməsi, mövcud imkanlar və gələcək planlara dair regional müşavirə təşkil olunub.

Tədbirdə TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin mütəxəssisləri, Respublika Klinik Xəstəxanasının travmatoloqları, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon mərkəzi xəstəxanalarının direktorları, şöbə və bölmə müdirləri, o cümlədən travmatoloqları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov konfransın məqsədlərindən, elmi-nəzəri plan və hədəflərindən danışıb, rəhbərlik etdiyi xəstəxanada son illər bu istiqamətdə həyata keçirilən yeniliklər barədə məlumat verib.

Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini və travmatoloji mərkəzdə icra olunan əməliyyatları özündə əks etdirən videoçarxlar nümayiş etdirilib.

TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov ilk Regional Travmatoloji Mərkəzin Quba rayonunda yaradıldığını, region üzrə əhaliyə ixtisaslaşdırılmış tibbi xidmət, o cümlədən müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı konsultativ-diaqnostik yardım göstərildiyini vurğulayıb.

Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əmir Əliyev isə bildirib ki, ötən ilin noyabr ayından fəaliyyətə başlayan mərkəzdə istənilən travma ilə müraciət edən vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində yüksək səviyyədə xidmət göstərilir. Onun sözlərinə görə, il ərzində mərkəzə 9 500 ambulator və 362 stasionar olmaqla, ümumilikdə 9862 müraciət daxil olub. Tədbirdə göstərilən bu nəticənin qısa bir dövr üçün böyük nailiyyət olduğu xüsusi vurğulanıb.

Sonda müşavirədə qarşılıqlı fikir mübadiləsi aparılıb, bir sıra suallar cavablandırılıb.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader