banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Tibb müəssisələrinin 30-dan çox əməkdaşı "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda təlimə qatılıb

loader

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin və TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin birgə təşkilatçılığı ilə "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda təlim keçirilib. 

Təlimdə əməyin mühafizəsinin hüquqi aspektləri, texniki təhlükəsizlik və ilkin yardım haqqında ümumi anlayışlar Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları Nigar Hüseynova və Səbuhi Tahirov tərəfindən iştirakçılara təqdim olunub.

Təlim müddətində iştirakçılar bu sahədə vəzifə öhdəliklərini, təhlükəsiz iş mühitinin necə yaradılması yollarını və təhlükə anında necə davranmalı olduqlarını öyrəniblər.

Təlimdə ümumilikdə TƏBİB-in tabeliyində olan Bakı şəhəri və regional tibb müəssisələrindən 30-dan çox əməkdaş iştirak edib.

Təlimin sonunda iştirakçılara Əməyin Mühafizəsi Mərkəzi tərəfindən sertifikat təqdim olunub.

loader
loader
loader
loader
loader
loader
loader
loader