banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-də Macarıstanla tibb sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

loader
Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.
 
Görüşün əsas məqsədi ilkin tanışlıq və Macarıstanın dərman preparatlarının ölkəmizin tibb sahəsində daha geniş istifadəsinin mümkünlüyünü müzakirə etmək olub.
 
Görüşdə Macarıstan Səfirliyinin Ticarət üzrə attaşesi Daniel Brenner, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyev, aidiyyəti struktur bölmələrin rəhbərləri iştirak edib.
Azərbaycan və Macarıstan arasında səhiyyə və tibb sahəsində əməkdaşlıq, Macarıstan istehsalı tibbi məhsullara dair təkliflər, tibbi turizm, qarşılıqlı təlimlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Görüşdə qonaqları salamlayan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir:
“Macarıstan Azərbaycanın strateji tərəfdaşlarından biridir. Hər iki ölkə rəhbərliyi yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verir. Geniş iqtisadi potensiala malik olan ölkələrimiz təhsil, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində olduğu kimi tibb sahəsində də geniş əməkdaşlığa maraqlıdır. Ölkələrimiz arasında tibb elmi və əczaçılıq sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Biz bu əlaqələri daha da genişləndirməkdə maraqlıyıq”.
 
Daha sonra İcraçı direktor ölkəmizdə həyata keçirilən səhiyyə siyasəti, son illər həyata keçirilən islahatlar, tibb müəssisələrinin yenilənən infrastrukturu, tətbiq edilən yeniliklər və icbari tibbi sığorta sisteminin üstünlükləri barədə ətraflı məlumat verib.
 
Son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan səfir Tamaş Yojef Torma tibb təhsili sahəsində də əməkdaşlıq üçün imkanlardan söz açıb. Səfir Macarıstanın 2 böyük şirkətinin hazırda Azərbaycan bazarında iri investisiya layihələri həyata keçirdiyini qeyd edib. Bundan başqa, o azərbaycanlı gənc tibb işçiləri üçün Macarıstanın universitet klinikalarında təcrübə mübadiləsi və təlimlərin təşkliili üçün şəraitin yaradıla biləcəyini bildirib.
 
Sonda dövlət tibb müəsissələrinin tibbi sərfiyyat və dərman təminatında Macarıstan istehsalçıları ilə dövlət satınalma prosedurlarına uyğun olaraq əməkdaşlığı genişləndirməyin mümkünlüyü qeyd edilib.
loader
loader
loader
loader
loader
loader
loader
loader