banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana-uşaq ölümü hallarının təhlili məqsədilə regional müşavirə keçirilib

loader

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvlərinin iştirakı ilə müşavirədə mövcud vəziyyət müzakirəyə çıxarılıb.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, TƏBİB-in İxtisaslı tibbi xidmətlərinin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Aygün Quluzadə, Sumqayıt Perinatal Mərkəzin rəhbəri və Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli, Doğuşayardım Komissiyasının üzvü Sumqayıt Perinatal Mərkəzin Neonatal şöbəsinin müdiri Yeganə Ağayeva, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini müvəqqəti icra edən Könül Əliyeva, direktorun terapevtik xidmətlər üzrə müavini Sənubər Manafova və Cəlilabad tibbi ərazi bölməsinə daxil olan tibb müəssisələrinin heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov ana-uşaq ölümü hallarının təhlili məqsədilə bütün regionallar üzrə bu cür müşavirələrinin keçirildiyini bildirib. A.İsrafilov bu sahədə qısa zamanda dönüş yaradılması, yeniliklərin əldə olunması və qüsurların aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımların atılmasının zəruriliyini qeyd edib.

Daha sonra TƏBİB-in İxtisaslı ixtisaslı tibb xidmətlərinin təşkili departamentinin rəhbəri Anar Ağayev, Sumqayıt Perinatal Mərkəzin rəhbəri, Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli 2023- cü ildə baş vermiş ana ölümlərinin təhlilindən, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova 2024-cü il ərzində TƏBİB tabeli müəssisələrdə göstərilmiş doğuşayardım xidmətlərinin təhlilindən, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Aygün Quluzadə 2024-cü ilin ilk 7 ayı ərzində TƏBİB-in tabeli müəssisələrində  uşaq ölümlərindən, Doğuşayardım Komissiyasının üzvü Sumqayıt Perinatal Mərkəzin Neonatal şöbəsinin müdiri Yeganə Ağayeva isə perinatal təxliyələr mövzularında çıxış ediblər.

Tədbirdə iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.