banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB yoluxucu xəstəliklərin qarşısının alınması üzrə beynəlxalq təlimdə təmsil olunub

loader

TƏBİB əməkdaşları və 11 tabeli tibb müəssisəsində fəaliyyət göstərən həkim-mütəxəssisdən ibarət 18 nəfərlik nümayəndə heyəti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən 2022-2024-cü illər üçün nəzərdə tutulmuş “Yoluxucu xəstəliklərin qarşısının alınması üzrə təlim proqramı”nın növbəti kursunda  iştirak ediblər. Təlim proqramı 9-22 iyun 2024-cü il tarixləri arasında Koreya Respublikasının Dequ şəhərində yerləşən Yeunqnam Universitetində keçirilib.

Təlimin məqsədi Koreya Respublikasının yoluxucu xəstəliklərlə mübarizədə əldə etdiyi nailiyyətləri, “İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət (İPİN)” sisteminin qurulması təcrübəsini bölüşmək, həmçinin yeni metodların tətbiqinə dair təlimatların təqdim edilməsi olub.

TƏBİB-in nümayəndə heyəti yoluxucu xəstəliklərin qarşısının alınması və idarəedilməsi, həmçinin İPİN sistemi ilə bağlı aktiv müzakirələrdə iştirak edib.

Təlimin ilk günü Azərbaycanda yoluxucu xəstəliklərin idarə edilməsi və infeksiyaların qarşısının alınması üzrə görülən işlər və qarşıya qoyulan gələcək məsələlər barədə ölkə hesabatı təqdim olunub və müzakirələr aparılıb.

Səfər boyu, həmçinin Yeunqnam Universitetinin Tibb Mərkəzinə, Dequ Sağlamlıq və Ətraf Mühit İnstitutuna, Dequ Vətəndaşlarının Sağlamlığına Dəstək Mərkəzinə,  Osonq şəhərində yerləşən Koreya Xəstəliklərə Nəzarət və Qarşısının alınması Agentliyinə, Koreyanın Milli Biobankına, Seulda yerləşən Milli Tibb Mərkəzinə ziyarətlər təşkil edilərək Koreya Respublikasının səhiyyə sistemi ilə yaxından tanış olmağa şərait yaradılıb.

Təlim müddəti ərzində iştirakçılar qruplar şəklində infeksiyaların profilaktikası və infeksion nəzarət istiqamətində 3 fərqli fəaliyyət planı hazırlayaraq səfərin son günü təqdim ediblər. Fəaliyyət planı Yeunqnam Universitetinin rəhbərliyi və professor heyəti tərəfindən dinlənilib, müzakirələr aparılıb və gələcəkdə bu istiqamətdə layihələrin təşkilinə dəstək olmaq məqsədilə tədbirlər görüləcəyi bildirilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader