banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“Risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə planın hazırlanması” mövzusunda təlim keçirilib

loader

ÜST-nin Azərbaycandakı Ölkə Ofisi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə 27-28 iyun 2024-cü ildə “Risk kommunikasiyası və icmalarla iş – infodemiyanın idarə olunması üzrə planın hazırlanması” mövzusunda təlim baş tutub.

Təlimin məqsədi Azərbaycanın səhiyyə orqanlarının, onların hökumət üzrə tərəfdaşlarının, beynəlxalq təşkilatlar və QHT-lərin risk kommunikasiyası və icmalarla iş üzrə potensialını daha da gücləndirmək, xüsusilə COP-29 təşəbbüslərinə uyğun olaraq, istilik dalğasına qarşı hazırlığı və cavab tədbirlərlərini vurğulamaqla, səhiyyə ilə bağlı fövqəladə hallara cavab vermək olub.

İkigünlük təlim zamanı risk kommunikasiyası və icmalarla iş üzrə planların işlənib hazırlanması, bu istiqamətdə hərtərəfli və vahid yanaşmanı təmin etmək üçün səhiyyə sektoru ilə digər müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları və icma üzvləri arasında əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi üzrə təcrübələr qazanılıb.

Qeyd edək ki, təlimdə yerli dövlət və səhiyyə qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və BMT agentliklərindən risk kommunikasiyası və icmalarla iş üzrə məsul şəxslər iştirak ediblər. Təlimdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Elnarə Baxışova iştirak edib.

Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader