banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yeni fəaliyyətə başlayan binasında ilk cərrahi əməliyyat icra edilib

loader

Ölkəmizdə müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirlər davam etdirilir.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yeni fəaliyyətə başlayan binasında ilk cərrahi əməliyyat icra edilib. 1970-ci il təvvəllüdlü Qəbələ sakini üzərində edilən uşaqlığın total abdominal histeroektomiyası əməliyyatı uğurla icra edilib.

Sözügedən əməliyyat həkim-cərrah Fariz Abdullayev və həkim anestezioloq-reanimatoloq Azər Söhbətov tərəfindən icra olunub.

Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir və hazırda müalicəsi stasionar şəraitdə davam etdirilir.

Qəbələ Rayon Mərkəzi xəstəxanasının yeni binasında yaradılan şərait yalnız Qəbələ sakinlərinin deyil, bütövlükdə region əhalisinin hərtərəfli tibbi xidmətlə təmin edilməsinə, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan yaradır.

 

loader
loader
loader
loader
loader
loader
loader