banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Məktəblilər endokrinoloji müayinələrə cəlb edilib

loader

Uşaqların endokrinoloji xəstəliklərdən qorunması məqsədilə məktəblərdə nəzarət-profilaktika tədbirləri həyata keçirilib.

Dünyada sürətlə artan şəkərli diabet və piylənmə ilə əlaqədar olaraq Respublika Endokrinoloji Mərkəzin rəhbərliyi və tibb işçiləri (həkim və tibb bacıları) tərəfindən paytaxt ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində nəzarət-profilaktika tədbirləri keçirilib və tibbi müayinələr aparılıb.

Layihənin məqsədi şagirdlər arasında aşkarlanan xəstəlik və problemlərin vaxtında müəyyənləşdirilərək qarşısını almaqdır.

Pilot layihə olaraq ilk dəfə Bakının Səbail rayonunda yerləşən 6 saylı məktəb-liseydə təhsil alan şagirdlər arasında keçirilən tibbi müayinələrə ümumilikdə 800-ə yaxın məktəbli cəlb edilib.

Endokrinoloji müayinələr əsasən tədris müəssisəsində təhsil alan 5-8-ci sinif şagirdləri arasında aparılıb. Müayinələr zamanı şagirdlərin boy və çəkisi ölçülüb, qalxanabənzər vəzinin yoxlanılması həyata keçirilib.

Müayinələrə cəlb edilmiş şagirdlərdən 57 nəfərdə çəki defisiti, 52 nəfərdə piylənmə, 13 nəfərdə boy geriliyi, 47 nəfərdə boy və çəki geriliyi, 8 nəfərdə fiziki inkişafın ləngiməsi, 2 nəfərdə isə artıq çəki və boy geriliyi aşkarlanıb.

Layihənin davamı olaraq, Respublika Endokrinoloji Mərkəzin rəhbərliyi və “ANDOP” İctimai birliyinin nümayəndələri tərəfindən şagirdlərə sağlam və düzgün qidalanma, eləcə də şəkərli diabet, piylənmə və ümumilikdə endokrinoloji problemlərlə bağlı maarifləndirici tədbir keçirilib.

loader
loader
loader
loader
loader