banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB, “Sağlamlığın Qorunması” İctimai Birliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib

loader

Tədbir “Sağlam addımlar: artıq çəkiyə son” layihəsinin tərkib hissəsi olaraq reallaşıb.

Yeni Klinikada keçirilən konfransın məqsədi piylənmənin sağlamlığa təsiri, qarşısının alınması yolları və sağlam həyat tərzinin təbliği barədə ictimai maarifləndirmənin gücləndirilməsi olub.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılışda “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, layihə rəhbəri, t.e.d. Yazgül Abdıyeva birliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin səhiyyə sahəsində apardığı islahatlara toxunaraq, müharibə dövründən sonra belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, t.e.d. Rəşad Mahmudov isə piylənmənin ciddi sağlamlıq riskləri yaratdığını bildirərək, müvafiq klinik protokollarla bağlı fikirlərini bölüşüb.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun bu istiqamətdə həyata keçirdiyi maarifləndirici və müalicəvi tədbirlərə diqqət çəkib. O bildirib ki, artıq çəkinin idarə olunması ictimai səhiyyə baxımından da prioritet istiqamətlərdəndir.

Konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Yeni Klinika, Milli Oftalmologiya Mərkəzi və digər tibb müəssisələrinin nümayəndələri də çıxış edərək piylənmənin fəsadları, profilaktikası və qarşısının alınmasında vahid yanaşmaların vacibliyindən danışıblar.

Tədbir çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər – sağlam qidalanma üzrə dr. Ender Saraç, ailə məsləhətçisi Mehtap Şafak, ailə dizimi mütəxəssisi Kader Bekmezci Demiralp və digər yerli və xarici iştirakçılar müxtəlif təqdimatlarla çıxış ediblər.

Çıxışlarda artıq çəkinin ürək-damar, endokrin, psixoloji və sosial aspektlərinə toxunulub, düzgün qidalanma, nəfəs texnikaları və həyat tərzi dəyişiklikləri barədə tövsiyələr səsləndirilib. Tədbirin sonunda sual-cavab sessiyası və fikir mübadiləsi aparılıb.

Konfransda 350-dən çox iştirakçı yer alıb. Tədbir çərçivəsində iştirakçılara sertifikatlar təqdim olunub, qonaqlara isə təşəkkürnamələr verilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader