banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub

loader

TƏBİB işğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun inkişafı və əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin fəaliyyəti bərpa olunur və əhaliyə fasiləsiz səhiyyə xidmətləri göstərilir. Hazırda bu ərazilərdə TƏBİB-in tabeliyində ümumilikdə 5 xəstəxana, 7 ailə sağlamlıq mərkəzi (ASM), 2 həkim məntəqəsi, 1 poliklinika fəaliyyət göstərir.

Qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır.

Laçın Rayon Mərkəzi Xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi, Laçın Ailə Sağlamlıq Mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi xidmət göstərir. Şuşa Modul Tipli Xəstəxanada 5 həkim və 9 orta tibb işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibb işçisi vətəndaşlara xidmət edir.