TƏBİB-in təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin dəstəyi ilə 17 May - Ümumdünya Hipertoniya Gününə həsr edilən “Hipertoniyaya nəzarət günləri: İlkin səhiyyədən ixtisaslı tibbi xidmətə” layihəsi icra olunub. Layihə çərçivəsində Bərdə, Yevlax, Mingəçevir, Tərtər və Ağdaş rayonlarının vətəndaşları üçün tibbi xidmətlər təşkil olunub.
Layihə çərçivəsində 14-16 may tarixlərində Bərdə və Əyricə ailə sağlamlıq mərkəzlərində, Ləmbəran, Otuzikilər, Kətəlparaq, Alaçadırlı, Yenidaşkənd həkim məntəqələrində ailə həkimləri, eləcə də həkim-kardioloqlarla birlikdə aktiv skrininqlər aparılıb. Müayinə nəticələrinə əsasən hipertoniya xəstəliyi aşkarlanan şəxslər müvafiq tibb müəssisələrində ixtisaslı həkim müalicəsinə yönəldiliblər.
Yevlax və Bərdə rayon mərkəzi xəstəxanalarında isə bölgə əhalisinə, o cümlədən müxtəlif sosial qruplardan olan vətəndaşlara, Bakı, Sumqayıt şəhərlərində fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrindən dəvət olunan həkim-mütəxəssislər tərəfindən tibbi xidmətlər göstərilib.
Ümumilikdə 1 400-dən çox vətəndaşa kardioloq, terapevt, nevroloq və uroloq həkimlər tərəfindən 8 000-ə yaxın tibbi xidmət göstərilib. Bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub.
Eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Regional İnkişaf” İctimai Birliyi ilə birlikdə həyata keçirdiyi “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsi çərçivəsində regionda çalışan ailə həkimləri, kardioloq və digər ixtisaslardan olan həkim-mütəxəssislərin iştirakı ilə “Hipertoniyaya nəzarətdə ailə həkiminin rolu” mövzusunda konfrans keçirilib.
Konfransın açılışı Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin Mingəçevir filialının rəhbəri Adil Həsənov, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin müdiri Babək Tatlıyev, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyevin çıxışları ilə baş tutub.
Konfrans həkim-mütəxəssislərin çıxışları ilə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Sonda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamə ilə təltif ediliblər.
“Hipertoniyaya nəzarət günləri: İlkin səhiyyədən ixtisaslı tibbi xidmətə” layihəsi uğurla icra olunub
Digər xəbərlər
Reanimasiya və anesteziya üzrə tibbi xidmətin peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilir
03.06.2025
TƏBİB və Avstriyanın “EVER Pharma” əczaçılıq məhsullarının istehsalçısı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
03.06.2025
Qazax Rayon Mərkəzi Xəstəxanasında Fizioterapiya şöbəsi yenidən qurulub
02.06.2025
Qazax Rayon Mərkəzi Xəstəxanasında elektron növbə sistemi qurulub
11.06.2025
TƏBİB-in İcraçı direktorunun müşaviri Yaponiyada keçirilən Dünya Fizioterapiya Konqresində iştirak edib
05.06.2025
Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
TƏBİB əməkdaşlarından “ASAN Məktub” layihəsinə dəstək
01.06.2025
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirilib
30.05.2025
Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Roma şəhərində işgüzar səfərdə olub
30.05.2025
Laçın rayonunun Bəylik kəndinə yola salınan köç karvanı tibbi xidmət tərəfindən müşayiət olunub
30.05.2025