Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının 80 illik yubileyinə həsr olunmuş Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin III Beynəlxalq Konqresi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov, Mərkəzi və Qərbi Asiya Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyinin (CWASOS) prezidenti professor Metin Önerci, Dünya Qulaq Burun Boğaz Konqresinin prezidenti (IFOS2026) professor Özgür Yiğit, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri professor Nazim Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
Konqresin rəsmi hissəsini Təşkilat Komitəsinin sədri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov açıq elan edib. O, İnstitutun Otorinolarinqologiya kafedrasının tarixindən danışıb, Azərbaycan səhiyyəsinin, xüsusilə otorinolarinqologiyanın inkişaf ritmi haqqında məlumat verib.
Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov son dövrlər ölkə səhiyyəsinin təkmilləşməsinə yönəlmiş tədbirlərin, o cümlədən təlimlərin sayının artmasını təqdirəlayiq hesab edərək, bu işdə öz töhfəsini verən bütün tərəflərə minnətdarlığını ifadə edib. A. Nəsirov həkimlərin sertifikasiyası ilə bağlı müsbət dəyişiklər edən, o cümlədən tibb işçilərinin inkişafı üçün çoxsaylı təlimlərə dəstək verən Səhiyyə Nazirliyinə, institutla xəstəxanalar arasında əməkdaşlıq münasibətlərini daim yaxşılaşdıran Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna, TƏBİB-lə memorandum imzalayan tərəfdaşlar arasında aktiv əməkdaşlığı ilə seçilən Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinə, o cümlədən konqresdə iştirak edən, bilik və bacarıqlarını ölkəmizdəki tibb işçiləri ilə bölüşən qardaş türkiyəli elm adamlarına, həkim-mütəxəssislərə öz təşəkkürünü bildirib.
Dosent Akif Əfəndiyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının tarixi mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra konqresin elmi proqramına başlanılıb.
Azərbaycanlı məruzəçilərlə yanaşı, Mərkəzi və Qərbi Asiya Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyinin (CWASOS) sədri professor Metin Önerci, 2026-cı ildə İstanbulda keçiriləcək Dünya Qulaq Burun Boğaz Konqresinin (IFOS 2026) sədri professor Özgür Yiğit, Avropa Foniatrlar İttifaqının prezidenti professor Haldun Oğuz, Türk Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Cəmiyyətinin sədri professor Suat Turqut, Beynəlxalq Səhiyyə Təhsili və Araşdırmaları Cəmiyyətinin sədri professor Selim Semed Erbek və digər türkiyəli elm adamları konqresin elmi komitəsində təmsil olunublar.
250-dən çox otorinolarinqoloqun iştirakı ilə baş tutan konqres Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 8 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya edilib. 6 paneldən ibarət konqresin elmi proqramı otorinolarinqologiyanın müxtəlif problemlərinə həsr olunub və burada 33 məruzəçi öz elmi işlərini təqdim edib.
Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin III Beynəlxalq Konqresi keçirilib
Digər xəbərlər
“Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib
08.12.2025
Yeni Klinikanın Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinə mediatur təşkil olunub
20.11.2025
Yeni Klinikada yaradılan Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin fəaliyyətinə dair brifinq keçirilib
20.11.2025
TƏBİB-in dəstəyi ilə fizioterapiya və reabilitasiya ilə bağlı elmi-praktik konfrans keçirilib
17.12.2025
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
17 Dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günüdür
17.12.2025
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Sabirabad, İmişli və Saatlı rayon sakinlərini qəbul edib
16.12.2025
XIV Milli Kardiologiya Konqresi keçirilib
16.12.2025
IV Milli və II Beynəlxalq Pediatriya Konqresi keçirilib
15.12.2025
“Mentor Klinika” layihəsi çərçivəsində tibb bacılarının təlim-təcrübə proqramı yekunlaşıb
15.12.2025