TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə tibbi müayinə tədbirlərini davam etdirir.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə ucqar kənd yerlərində yaşayan sakinlər onlar üçün ayrılmış xüsusi mikroavtobuslarla tibb müəssisəsinə daşınaraq, tibbi müayinələrə cəlb olunublar.
Bu günədək mərhələli şəkildə rayonun 3 kəndindən - Rəhimli, Şahbəyli və Padardan ümumilikdə 40-dan çox sakin tibbi müayinələrdən keçib və kəndlərinə geri qaytarılıb.
Müayinələr zamanı müxtəlif ixtisaslı həkimlər tərəfindən sakinlərə ümumilikdə icbari tibbi sığorta çərçivəsində 200-dən çox tibbi xidmət göstərilib.
Eyni zamanda müayinələrə cəlb olunan sakinlərə ölkədə səhiyyənin inkişafı, bu sahədə həyata keçirilən yeniliklər və tibbi xidmətin əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.
Ağsu rayonunda kənd sakinləri onlar üçün ayrılmış xüsusi mikroavtobuslarla tibb müəssisəsinə daşınaraq, müayinələrə cəlb olunublar
Digər xəbərlər
Anar Bayramov Xızı rayonunda vətəndaşları qəbul edib
25.05.2026
TƏBİB-də İsrailin Soroka Universiteti Tibb Mərkəzinin nümayəndələri ilə görüş keçirilib
04.06.2026
“Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib
01.06.2026
İsraildən dəvət olunmuş mütəxəssislər tərəfindən uşaqlar üçün tibbi müayinələr keçirilib
05.06.2026
TƏBİB-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüş keçirilib
25.05.2026
WUF13-ün keçirildiyi günlərdə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb
23.05.2026
Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub
20.05.2026
TƏBİB-in tabeli tibb müəssisələrində çalışan hüquqşünaslar üçün onlayn təlimlər keçirilib
19.05.2026
TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 25 may 2026-cı il tarixində Xızı rayonunda Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək
14.05.2026
TƏBİB-in dəstəyi ilə III Beynəlxalq Fiziotexnoterapiya Konqresi keçirilib
05.05.2026