banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in tabeli tibb müəssisələrində çalışan hüquqşünaslar üçün onlayn təlimlər keçirilib

loader

TƏBİB-in tabeli tibb müəssisələrində çalışan hüquqşünaslar üçün “Vətəndaş müraciətlərinin araşdırılması, digər qurum və təşkilatlarla qarşılıqlı fəaliyyət və məhkəmə işlərinin təşkili” və “Hüquqi risklərin aradan qaldırılması yolları: daxili hüquqi sənədləşmə, sənədlərin hüquqi ekspertizası və hüquqi rəylərin verilməsi” mövzularında onlayn təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi hüquqşünasların vətəndaş müraciətlərinə baxılması, hüquqi araşdırmaların aparılması, dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkili, daxili hüquqi sənədlərin hazırlanması və qiymətləndirilməsi, hüquqi risklərin vaxtında müəyyən olunaraq minimallaşdırılması, sənədlərin hüquqi ekspertizasının aparılması və əsaslandırılmış hüquqi rəylərin verilməsi istiqamətində bilik və bacarıqlarının artırılması olub.

Təlimçi qismində TƏBİB-in Hüquq departamentinin Dövlət orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mir Hüseyn Həbibli və Korporativ hüquq şöbəsinin baş məsləhətçisi Gülnar Hacıyeva çıxış edib.

Təlimlər zamanı vətəndaş müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun araşdırılması, rəsmi cavab məktublarının hazırlanması, digər qurum və təşkilatlarla hüquqi yazışmaların aparılması, məhkəmə işləri üzrə sənədləşmə və hüquqi təmsilçilik məsələləri, həmçinin daxili normativ sənədlərin hazırlanması zamanı diqqət yetirilməli hüquqi məqamlar, müqavilə və digər sənədlərin hüquqi ekspertizası, hüquqi risklərin qiymətləndirilməsi mexanizmləri, hüquqi rəylərin hazırlanma prinsipləri və praktiki tətbiq məsələləri barədə iştirakçılara ətraflı məlumat verilib.

İnteraktiv formatda keçirilən təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Vebinarlarda ümumilikdə 100-dən çox əməkdaş iştirak edib.

Qeyd edək ki, bu kimi təlimlərin təşkili tabeli tibb müəssisələrində hüquqi fəaliyyətin daha effektiv qurulmasına, hüquqi risklərin azaldılmasına və hüquqşünasların peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.

 

loader
loader
loader