banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Saatlıda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan tibbi aksiya və elmi-praktik konfrans keçirilib

loader

TƏBİB-in dəstəyi, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə Saatlı rayonunun Şirinbəyli kəndi ərazisində səyyar humanitar tibbi aksiya keçirilib.

Aksiya zamanı müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislər tərəfindən əhaliyə, xüsusilə Qərbi Azərbaycandan deportasiya olunmuş və burada məskunlaşmış vətəndaşlara tibbi xidmətlər göstərilib. O cümlədən vətəndaşlara müxtəlif xəstəliklərlə bağlı tövsiyələr verilib, xəstəlik aşkarlanan sakinlər ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Daha sonra Saatlı rayonunda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan konfrans keçirilib.

Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Saatlı rayonunda ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.

Konfransda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İcmanın sədr müavini, Milli Məclisin deputatı, professor Hikmət Məmmədov, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan Tibb Universitetinin professoru Paşa Qəlbinur, “Qərbi Azərbaycan Televiziyası”nın rəhbəri Telli Pənahqızı iştirak edib.

Konfrans çərçivəsində “Zərifə Əliyeva: Nəsillərə örnək ömür yolu” adlı qısametrajlı videoçarx nümayiş etdirilib.

M.İbrahimqızının moderatorluğunda baş tutan elmi-praktik konfransda məruzəçilər “Zərifə Əliyeva: nəsillərə örnək ömür yolu”, “Azərbaycan səhiyyə tarixində Zərifə Əliyeva irsi”, “İrəvanın əsilzadə nəslinin parlaq nümayəndəsi” və “Zərifə Əliyeva: Fenomen Azərbaycan qadını” mövzularında çıxışlar edib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader