TƏBİB-in və Azərbaycan Nefroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Ölkənin aparıcı nefroloq, uroloq və hemodializ mütəxəssislərinin iştirak etdiyi tədbirin əsas məqsədi nefrologiya sahəsindəki aktual problemləri müzakirə etmək, xəstələrin sayındakı artıma diqqət çəkmək, dializlə təmin olunan pasiyentlərin müalicə keyfiyyətini artırmaq və bu sahədə çalışan gənc mütəxəssislərin elmi-tibbi inkişafına töhfə vermək olub. Bununla yanaşı, konfransın əsas istiqamətlərindən biri də ictimaiyyətin maarifləndirilməsi, xüsusilə şəkərli diabet və hipertoniya xəstəliklərinin böyrəklərə təsiri haqqında məlumatlılığın artırılmasıdır.
Tədbiri giriş sözü ilə açan Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru, tibb elmləri doktoru Fariz Babayev ölkədə hemodializ və böyrək transplantasiyası sahəsində 2024-cü ilə dair statistik göstəriciləri təqdim edib, nefrologiya sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Elnur Fərəcov çıxış edərək konfransın əhəmiyyəti və mövzular ətrafında fikirlərini bölüşüb.
Konfrans çərçivəsində respublikanın aparıcı tibb müəssisələrində çalışan mütəxəssis-həkimlər Mirmənsim Məmmədov, Əkbər Hacıyev, Xəyal Rüstəmov, Cəbrayıl Cəbrayılov, Orxan Quliyev, Elgün Həziyev, Zaur Əhmədov, Fərhad Şirinov və Ağakişi Yahyayev müxtəlif aktual mövzularda məruzələrlə çıxış ediblər.
Konfransda “Hemodializ və böyrək transplantasiyası xəstələrinin 2023-cü il üzrə klinik registri”, “Böyrək xəstəliklərinin patohistoloji müayinəsi və analizi”, “Membranoz nefropatiya: Diaqnostika və müalicə”, “KDİGO 2025: Autosom dominant polikistik böyrək xəstəliyi üzrə kliniki protokol”, “Xroniki böyrək xəstəliyində sümük-mineral pozuntuları: Diaqnostik və terapevtik yanaşmalar”, “Davamlı böyrək əvəzedici terapiya: Göstərişləri və effektivliyi”, “Cihazlı və davamlı ambulator peritoneal dializ: Üstünlüklər və kliniki tətbiq”, “Online hemodiafiltrasiya: Dializ müalicəsində yeni yanaşma”, “AV-fistulanın perkutan transluminal angioplastikası” mövzuları müzakirə edilib.
Qeyd edək ki, Ümumdünya Böyrək Günü 2006-cı ildən etibarən hər il mart ayının ikinci həftəsinin dördüncü günü bütün dünyada qeyd edilir.
Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Digər xəbərlər
Bakıda “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib
05.05.2025
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in birgə məlumatı
21.04.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
08.05.2025
Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu keçirilib
08.05.2025
Vaxtından əvvəl doğulan və 14 gün küvəz rejimində tənəffüs dəstəyi alan üçəmlərin həyatı xilas olunub
08.05.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
07.05.2025
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma mövzusunda master-klas keçirilib
07.05.2025
Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib
07.05.2025
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olub
06.05.2025