banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Vüqar Qurbanov: “Yeni Klinika Cənubi Qafqazda HIMSS-in akkreditasiya sertifikatı alan yeganə tibb müəssisəsidir”

loader

Ölkəmiz İtaliyanın Roma şəhərində keçirilən “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (Healthcare Information and Management Systems Society – HIMSS) tərəfindən təşkil edilən “Avropa Sağlamlıq Konfransı və Sərgisi”ndə təmsil olunur. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Romada işgüzar səfərdədir. “Roma Convention Center”-də keçirilən sərgi-konfrans çərçivəsində HIMSS beynəlxalq akkreditasiya sertifikatı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikaya rəsmi olaraq təqdim olunub.

Qeyd edək ki, Ölkəmizdə və hətta regionda ilk dəfə olaraq tibb müəssisələri arasında Yeni Klinika Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib.

Sertifikatın əhəmiyyəti, son zamanlar səhiyyə sahəsində həyata keçirilən işlər barədə Vüqar Qurbanovun Azərtaca müsahibəsini təqdim edirik.

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti sayəsində bu gün ölkəmizdə bir çox sosial layihələr həyata keçirilir. Bunlardan ən uğurlu olan icbari tibbi sığortanın ölkə üzrə tətbiqidir. Həm regionlarda, həm də Bakı şəhərində bu gün elə bir tibb müəssisəsi yoxdur ki, vətəndaşlarımız üçün tibbi xidmətləri əlçatan şəkildə təmin edə bilməsin. Ölkəmizdə təmir və yenidənqurma səviyyəsi ən yüksək səviyyədə olan tibb müəssisələri mövcuddur. Hər bir tibb müəssisəsi yeni avadanlıqlarla tam təchiz olunub, kadr potensialı günü-gündən yüksəldilir.

Bu gün İtaliyanın paytaxtı Roma şəhərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikaya  HIMSS-in beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatının təqdim olunması mərasimi keçirildi. Əməkdaşlarımız tərəfindən  ötən iki il ərzində sertifikatın əldə olunması üçün tələb olunan bütün proseduralar barədə digər ölkələrdən gəlmiş nümayəndələrə, tibb müəssisələrinin rəhbərlərinə təqdimatlar və çıxışlar təqdim olundu. Bu sertifikatın əldə olunması tibb müəssisələrimizdə vətəndaş məmnunluğunun artırılması, pasiyent məlumatlarının konfidensiallığının daha etibarlı təmin olunmasına və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Bundan başqa, sertifikat Azərbaycan səhiyyəsinin beynəlxalq müstəvidə tanınmasına səbəb olacaq. Azərbaycan səhiyyəsinin əldə etdiyi bu uğur sayəsində digər ölkələrdə təqdimatlar keçiriləcək. Yeni Klinika Qafqaz ölkələri arasında bu nüfuzlu beynəlxalq sertifikatı əldə edən yeganə tibb müəssisəsidir. Bu, gələcəkdə bizə tibbi turizm sahəsini daha da inkişaf etdirməyə imkan yaradacaq. Həmçinin Yeni Klinika bu nüfuzlu sertifikatı əldə etmiş tibb müəssisəsi kimi beynəlxalq müstəvidə öz xidmətlərini digər ölkə vətəndaşlarına təqdim edə biləcək”.