banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

15 mindən çox müharibə iştirakçısı və şəhid ailəsi üzvlərinə tibbi xidmət göstərilib

loader

Vətən müharibəsi zamanı xəsarət almış şəxslərin və şəhid olmuş vətəndaşlarımızın birinci dərəcəli qohumlarının ehtiyac olduğu təqdirdə tibbi xidmətlərdən vaxtında yararlanması, müvafiq dövlət qurumları ilə birlikdə qeyd olunan əhali qrupuna əlaqəli şəkildə və çevik xidmətin göstərilməsi, həmçinin qurumlar arasında əlaqələndirilmənin dinamikasını təmin etmək məqsədiylə TƏBİB-də Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsi fəaliyyət göstərir.

Fəaliyyətin tamlığı və operativliyinin təmin edilməsi məqsədilə TƏBİB tabeliyindəki tibb müəssisəslərində müharibə iştirakçıları və şəhid ailələri ilə iş üzrə 162 nəfər koordinator çalışır.

Koordinatorların əsas vəzifəsi tibb müəssisəsinə müraciət edən müharibə iştirakçıları və şəhid ailə üzvlərinin müraciət istiqamətinə uyğun olaraq növbəsiz şəkildə qeydiyyata alınması, ixtisaslı həkim müayinəsinə aparılması, həkim təyinatı əsasında instrumental və laborator müayinələrdən növbəsiz keçirilməsinin təmin edilməsi, alınacaq tibbi xidmətin dövlət tibb müəssisələrində olmadığı halda müqaviləli özəl tibb müəssisələrinə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göndərişlə təmin olunmasına dəstək göstərilməsi, şəhid ailələri və əlilliyi olan müharibə iştirakçılarının dərman təminatının aparılması üçün YAŞAT fonduna təqdim olunacaq sənədlərin hazırlanmasına dəstək göstərilməsindən ibarətdir.

Həmçinin koordinatorlar tərəfindən müəyyən vaxt intervalı gözlənilməklə Vətən müharibəsi iştirakçıları və şəhid ailə üzvlərinə mütəmadi zənglər olunması və bu zənglərə əsasən tibbi xidmətə ehtiyacı olanların vaxtında müayinə və müalicə prosedurlarına cəlb olunması təmin edilib.

Belə ki, koordinatorlar tərəfindən 2023-cü il ərzində Vətən müharibəsində xəsarət alanlara 83515, şəhid ailələrinə 12955 zəng olunmuşdur.

Həmçinin 2023-cü il ərzində tibb müəssisəslərində ümumilikdə 12661 Vətən müharibəsi iştirakçısına 441431, 3867 şəhid ailə üzvünə 50527 tibbi xidmət göstərilib. Əlavə olaraq 148 nəfər vətəndaşın müraciəti TƏBİB tərəfindən icra edilib.

TƏBİB-in 815 – Çağrı xidməti şöbəsindən, eləcə də 1542 Çağrı Mərkəzindən daxil olmuş 1827 müraciət və TƏBİB-in vətəndaş qəbuluna müraciət etmiş 54 vətəndaşın müraciəti araşdırılaraq cavablandırılıb.
Əlavə olaraq, TƏBİB tabeli tibb müəssisələrində fəaliyyət göstərən psixoloqlar tərəfindən 1223 vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvünə mütəmadi psixoloji dəstək göstərilib, digər qurumlardan daxil olan 1727 müraciət şöbənin əməkdaşları tərəfindən araşdırılaraq cavablandırılıb.

YAŞAT fondu tərəfindən Hepatit B və C, onkoloji xəstəliklərdən əziyyət çəkən şəhid ailə üzvü olan vətəndaşların dərman vasitələri ilə təmin olunmaları üçün 109 vətəndaş müraciəti araşdırılıb və müvafiq qaydada yönləndirilib.