banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB ilə Almaniyanın “Sana Clinic” və “Falk Beratung” şirkətlərinin nümayəndə heyəti arasında görüş keçirilib

loader

TƏBİB ilə Almaniyanın “Sana Clinic” və “Falk Beratung” şirkətlərinin nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, aidiyyəti departament və şöbələrin rəhbərləri, “Sana Clinic”in beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Tibbi strategiyasının rəhbəri Qebhard fon Kosel, Tibbi strategiya üzrə meneceri Tina Kütner, Kardiologiya bölməsinin rəhbəri Fabian Knabel və “Falk Beratung”un ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Tobias Luk iştirak ediblər.

Görüşə “Sana Clinic”in İcraçı direktoru Tomas Lemke və “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk onlayn qoşulub.

Görüşdə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak ediblər.

TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov TƏBİB-in yarandığı gündən görülən işlərlə bağlı qonaqlara məlumat verib:

“Ölkəmizdə səhiyyə sisteminin dayanıqlı əsaslarla maliyyələşməsini təşkil etmək məqsədi ilə TƏBİB yarandığı gündən bir sıra irəliləyişlərə nail olub. Xəstəxanalarda yeni idarəetmə sisteminin tətbiqi və inkişafı, yeni maliyyələşmə sisteminin formalaşması, tibb müəssisələrində rəqəmsallaşdırma işinin təşkili, həkimlərin əməkhaqqılarının yüksəldilməsi, xəstəxanaların maddi-texniki bazasının yenilənməsi və ən əsası, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində çoxsaylı yeniliklər həyata keçirilib. Bu görülən işlərlə yanaşı, biz daim beynəlxalq əməkdaşlıqlara da böyük önəm veririk”.

Görüşdən əvvəl Yeni Klinikanı ziyarət etdiklərini bildirən qonaqlar orada tibb müəssisəsinin rəhbər heyəti, inzibati işlər və tibbi xidmətlər üzrə müvafiq struktur bölmə rəhbərləri ilə görüşdüklərini və müsbət təəssüratlarla qayıtdıqlarını xüsusi vurğulayıblar. “Sana Clinic” və Yeni Klinika arasında qurulacaq əməkdaşlığın perspektivlərindən danışan “Sana Clinic”in beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer buranı Azərbaycan səhiyyəsinin mayakı adlandırıb:

“Bu gün Azərbaycanda Yeni Klinika kimi xəstəxanaların olması çox təqdirəlayiqdir. Hesab edirik ki, Yeni Klinika bu gün sizin üçün, sizin səhiyyəniz üçün bir mayak rolunu oynayır. Bu cür tibb müəssisəsinin beynəlxalq səviyyədə tanıtmaq istəyiniz isə gələcək planlarınızın hansı istiqamətdə olmasının göstəricisidir. İnanırıq ki, tezliklə Azərbaycanda bu cür tibb müəssisələrinin sayı daha çox olacaq”.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında da “Sana Clinic” və “Falk Beratung” şirkətləri ilə görüşlər keçirilmişdi. Noyabr ayında isə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun Almaniyaya səfəri çərçivəsində sözügedən şirkətlərlə görüşlər baş tutmuşdu.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Almaniyanın “Sana Clinic” və “Falk Beratung” şirkətlərinin nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, aidiyyəti departament və şöbələrin rəhbərləri, “Sana Clinic”in beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer,  Tibbi strategiyasının rəhbəri Qebhard fon Kosel, Tibbi strategiya üzrə meneceri Tina Kütner, Kardiologiya bölməsinin rəhbəri Fabian Knabel və “Falk Beratung”un ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Tobias Luk iştirak ediblər.

Görüşə “Sana Clinic”in İcraçı direktoru Tomas Lemke və “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk onlayn qoşulub.

TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov TƏBİB-in yarandığı gündən görülən işlərlə bağlı qonaqlara məlumat verib:

“Ölkəmizdə səhiyyə sisteminin dayanıqlı əsaslarla maliyyələşməsini təşkil etmək məqsədi ilə TƏBİB yarandığı gündən bir sıra irəliləyişlərə nail olub. Xəstəxanalarda yeni idarəetmə sisteminin tətbiqi və inkişafı, yeni maliyyələşmə sisteminin formalaşması, tibb müəssisələrində rəqəmsallaşdırma işinin təşkili, həkimlərin əməkhaqqılarının yüksəldilməsi, xəstəxanaların maddi-texniki bazasının yenilənməsi və ən əsası, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində çoxsaylı yeniliklər həyata keçirilib. Bu görülən işlərlə yanaşı, biz daim beynəlxalq əməkdaşlıqlara da böyük önəm veririk”.

Görüşdən əvvəl Yeni Klinikanı ziyarət etdiklərini bildirən qonaqlar orada tibb müəssisəsinin rəhbər heyəti, inzibati işlər və tibbi xidmətlər üzrə müvafiq struktur bölmə rəhbərləri ilə görüşdüklərini və müsbət təəssüratlarla qayıtdıqlarını xüsusi vurğulayıblar.  “Sana Clinic” və Yeni Klinika arasında qurulacaq əməkdaşlığın perspektivlərindən danışan “Sana Clinic”in beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer buranı Azərbaycan səhiyyəsinin mayakı adlandırıb:

“Bu gün Azərbaycanda Yeni Klinika kimi xəstəxanaların olması çox təqdirəlayiqdir. Hesab edirik ki, Yeni Klinika bu gün sizin üçün, sizin səhiyyəniz üçün bir mayak rolunu oynayır. Bu cür tibb müəssisəsinin beynəlxalq səviyyədə tanıtmaq istəyiniz isə gələcək planlarınızın hansı istiqamətdə olmasının göstəricisidir. İnanırıq ki, tezliklə Azərbaycanda bu cür tibb müəssisələrinin sayı daha çox olacaq”