banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB tabeli tibb müəssisələrində çalışan əməkdaşlar təltif olunublar

loader

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssisələrində çalışan 146 nəfərə Zəfər Günü münasibətilə Təşəkkürnamə verilib.

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Təşəkkürnamə təqdim edilən hər bir əməkdaş müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə tibbi xidmətin əlçatanlığını yüksəltmək məqsədilə göstərdiyi səmərəli fəaliyyəti ilə fərqlənib.

loader
loader
loader
loader
loader
loader