İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasında Quba və Qusar rayon sakinlərini qəbul edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qəbuldan sonra Z.Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə tanış olub.
Ardınca xəstəxana ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə yaradılan abidəyə baxış keçirən qonaqlar tibb müəssisəsində çalışan şəhid ailəsi üzvləri ilə görüşüblər.