"Medinex" sərgisinin işgüzar proqramı çərçivəsində "Səhiyyədə transformasiyalar" panel sessiyasında “Tibb müəssisələrində tətbiq edilən islahatlar" mövzusunda müzakirələr aparılıb.
Yeni Klinikanın direktoru Barat Yusubovun moderatorluğu ilə keçən sessiyada Bakı Baş Səhiyyə Mərkəzinin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova, Sabunçu Tibb Mərkəzinin direktor müavini Talıb Məmmədov, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru, t.ü.f.d. Mirələm Cəlalov təqdimatlarla çıxış ediblər.
Yeni Klinikanın direktoru Barat Yusubov öz çıxışında tibb müəssisələrinin idarəolunmasında yeni yanaşmaların, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinin mühüm rol oynadığını söyləyib, avtomatlaşdırılmış elektron xidmətlərin tibb sahəsində də tətbiq olunmasının Azərbaycanın, həmçinin Yeni Klinikanın əsas prioritetlərindən olduğunu bildirib. Yeni Klinikada elektron randevu, elektron epikriz, elektron kitabxana kimi sistemlər üzərində iş getdiyini açıqlayıb.
Bakı Baş Səhiyyə Mərkəzinin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova öz çıxışında tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması mövzusuna toxunub. Tibb müəssisələrindəki laboratoriyaların beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edildiyi, Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrinin fəaliyyətə başladığı, TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 xəstəxananın laboratoriyalarının tamamilə yeniləndiyi barədə məlumat verib. O, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistemin tam avtomatlaşdırılmasının zəruriliyini vurğulayıb.
Sabunçu Tibb Mərkəzinin direktor müavini Talıb Məmmədov da təqdimatında rəhbəri olduğu tibb müəssisəsində tətbiq edilən islahatılar barədə məlumatlar verib. Kadr potensialının gücləndirilməsi və tibbi personalın peşəkarlığının artırılması, maddi-texniki bazanın yaxşılaşdırılması, müasir standartlara cavab verən tibbi xidmətlərin təşkili istiqamətində görülən işlərdən bəhs edib.
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova 17 tibb müəssisəni özündə birləşdirən 500 minə yaxın insana xidmət göstərən Mərkəzin tabeliyində 7 xəstəxana, Təcili Tibbi Yardım Stansiyası, Perinatal Mərkəz və Stomatoloji poliklinikada fəaliyyətin elektronlaşdırılması üzrə həyata keçirilən işlərdən danışıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru, t.ü.f.d. Mirələm Cəlalov son illər ərzində təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyaların aparılmasından daha geniş istifadə edildiyini deyib. O, Respublikada təcili tibbi yardım avtomobilləri parkının yenilənməsinə start verildiyini, köhnə avtomobillərin müasir tibbi avadanlıqlarla təchiz olunduğunu qeyd edib. M.Cəlalov son 3 il ərzində CPAP, süni tənəffüsün, kardiomonitorinqin aparılması, yenidoğulmuşların daşınması üçün müasir xüsusi tibbi cihazlarla təchiz olunmuş 359 yeni avtomobil alındığını qeyd edib.
Sonda panel iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, sertifikatlar təqdim edilib.
"Səhiyyədə transformasiyalar" panel sessiyasında “Tibb müəssisələrində tətbiq edilən islahatlar" mövzusunda müzakirələr aparılıb
Digər xəbərlər
Bakıda “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib
05.05.2025
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in birgə məlumatı
21.04.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
08.05.2025
Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu keçirilib
08.05.2025
Vaxtından əvvəl doğulan və 14 gün küvəz rejimində tənəffüs dəstəyi alan üçəmlərin həyatı xilas olunub
08.05.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
07.05.2025
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma mövzusunda master-klas keçirilib
07.05.2025
Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib
07.05.2025
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olub
06.05.2025