banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-də Almaniyanın “Sana Clinic” və “Falk Beratung” şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib

loader

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Almaniyanın “Sana Clinic” və “Falk Beratung” şirkətlərinin nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ramin Ağayev, Yeni Klinikanın direktoru Barat Yusubov, “Sana Clinic”in baş direktoru Tomas Lemke, Korporativ inkişaf və satınalmalar üzrə rəhbəri Patrik Veller, “Falk Beratung” şirkətinin icraçı direktoru Tomas Falk və digərləri iştirak ediblər.

Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva qonaqlara TƏBİB-in fəaliyyəti, gördüyü işlər, eləcə də ölkəmizdə uğurla tətbiq olunan icbari tibbi sığorta sistemi barədə ətraflı məlumat verib.

“Sana Clinic” və “Falk Beratung” şirkətinin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri haqqında danışaraq TƏBİB ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüş çərçivəsində “Sana Clinic” və “Falk Beratung” şirkətinin nümayəndə heyəti TƏBİB-in tabeliyindəki Yeni Klinikanın imkanları ilə də yaxından tanış olub.

loader
loader
loader
loader
loader