Layihə çərçivəsində 100-dən çox şəhid ailəsi üzvü Yeni Klinikada tibbi müayinələrə cəlb olunub.
TƏBİB, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə Yeni Klinikada icra olunan layihənin məqsədi şəhid ailələrinin sağlamlığının qorunmasına dəstək göstərmək, onların ixtisaslı tibbi xidmətlərə əlçatanlığını artırmaq olub.
5 gün davam edən aksiya çərçivəsində iştirakçılar terapevt, oftalmoloq, ginekoloq və kardioloq müayinələrindən keçib, tibbi göstərişlərə uyğun laborator və instrumental-diaqnostik müayinələrdən yararlanıblar.
