banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Astara Rayon Mərkəzi Xəstəxanasında ana və uşaqların sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir

loader

Astara Rayon Mərkəzi Xəstəxanası və tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən ana və uşaqların sağlamlığının qorunması məqsədilə patronaj xidməti həyata keçirilir.

Oktyabr ayı ərzində tibb işçiləri tərəfindən 82 zahı qadına, 82 uşağa və 62 hamilə qadına patronaj ziyarətləri edilib.

Ziyarətlər zamanı ana və uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib, körpələrin yaşa uyğun inkişafı diqqətdə saxlanılıb. Analara uşaqlara gündəlik qulluq, düzgün qidalanma, ana südü ilə qidalanmanın əhəmiyyəti və gigiyena qaydaları barədə maarifləndirici məlumatlar verilib.

Həmçinin profilaktik müayinələrin və peyvəndlərin vaxtında aparılmasının uşaqların sağlam inkişafındakı rolu barədə valideynlərə tövsiyələr çatdırılıb.

Ana və uşaqların sağlamlığının qorunması, profilaktik tibbi xidmətlərin əlçatanlığının artırılması və ailələrin maarifləndirilməsi istiqamətində fəaliyyət mütəmadi olaraq davam etdirilir.

loader
loader
loader
loader
loader
loader
loader