banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

loader

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə rayonda tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.

Patronaj xidmətləri Dərvişli, Ovçubərə, Nəsimikənd, Çaylı, Yuxarı Cürəli, Aşağı Cürəli, Günəşli, Bağbanlar, Zəhmətabad, İsmətli, Bəydili, Əsgərabad, Ağayrı, Səmədabad və Əliabad kəndlərində yerləşən həkim və tibb məntəqələrində, eləcə də Xırmandalı Ailə Sağlamlıq Mərkəzində həyata keçirilib.

Xidmətlər çərçivəsində 400-ə yaxın patronaj müayinəsi aparılıb, əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və tibbi xidmətlərə əlçatanlığın təmin olunması istiqamətində müvafiq tədbirlər görülüb.

loader
loader
loader
loader
loader
loader