Vətəndaşlar qeydiyyatda olduğu ərazidən asılı olmayaraq şəxsiyyət vəsiqəsi ilə TƏBİB tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Bu da öz növbəsində böyük sıxlığın yaranmasına səbəb olur.
Mərkəzi Neftçilər Xəstəxanasında qeydiyyat masalarının qarşısında yaranan sıxlığın aradan qaldırılması və pasiyentlərin növbə sistemini tənzimləmək məqsədilə elektron növbə monitorları istifadəyə verilib. Nəticədə tibb müəssisəsində canlı növbənin idarə edilməsində ardıcıl və daha rahat qaydada xidmət göstəriləcək.