TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinin əməkdaşları və "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi üzrə Komissiyanın" bir qrup üzvü Bərdə Rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbələrini ziyarət ediblər.
Ziyarət zamanı Hemodializ şöbəsinin müdiri və məsul tibb işçiləri ilə birlikdə hemodializ şöbəsinin ümumi fəaliyyəti, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti dəyərləndirilib.
Hemodializ şöbələrində işin təşkili istiqamətində müxtəlif təlimatlar verilib, tibbi personal tərəfindən ünvanlanan suallara aydınlıq gətirilib və təkliflər müzakirə edilib. Tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının təmin edilməsi istiqamətində fəaliyyətlərə dair müzakirələr aparılaraq, məsul şəxslərə zəruri tapşırıq və tövsiyələr verilib.