banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Tibbi arayışları elektron şəkildə əldə etmək mümkündür!

loader

İşə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış elektron şəkildə təqdim olunacaq.

Vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:

Tibb müəssisəsinə ilkin müraciət
Laborator analizlərin verilməsi
Həkim qəbullarından keçmək
Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi
Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi

Daha sonra:

İstifadəçilər  “E-TABİB” mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

“Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər. 

Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.