banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Yeni patronaj modeli Oğuz rayonunda da tətbiq olunur

loader

Yeni patronaj modeli tibbi xidmətlərin yalnız xəstəlik yarandığı zaman deyil, risklərin erkən aşkarlanması və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi prinsipi əsasında, ailələrə daha yaxın səviyyədə təşkilini nəzərdə tutur.

Oğuz rayonunda avqust ayı ərzində bu model çərçivəsində TƏBİB tərəfindən 120 hamilə qadın, 20 yenidoğulmuş və ümumilikdə 858 nəfər 3 yaşadək uşaq patronaj xidməti ilə əhatə olunub.

Ev ziyarətləri zamanı patronaj tibb bacıları uşaqların fiziki inkişafını qiymətləndirir, valideynlərə qidalanma və qulluq üzrə tövsiyələr verir, həmçinin hamilə qadınların sağlamlıq vəziyyətini mütəmadi izləyir.

loader
loader
loader
loader
loader