banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB tərəfindən immunizasiya tədbirləri davam etdirilir

loader

TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planına uyğun olaraq, ölkə üzrə 17-31 avqust tarixləri arasında 16 922 uşağa ümumilikdə 23 202 peyvənd tətbiq edilib.

Plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusu qiymətləndirilir, peyvənddən kənarda qalmış və natamam immunizasiya olunmuş uşaqlar müəyyənləşdirilir. Eyni zamanda valideynlər arasında maarifləndirmə işləri aparılır və uşaqların yaşına uyğun peyvəndlərlə tam əhatə olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

loader
loader
loader
loader
loader
loader
loader