Səhiyyə Nazirliyinin və TƏBİB-in dəstəyi, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Gənc Tibb İşçilərinin Konfransı” layihəsinin növbəti regional mərhələsi Tovuz rayonunda keçirilib.
Tədbirdə Gəncə şəhərindən, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarından olan gənc tibb işçiləri iştirak ediblər. Konfransda gənc tibb işçilərinin peşəkar inkişafı, regionlarda fəaliyyət imkanlarının genişləndirilməsi, sosial rifahının dəstəklənməsi və qarşılaşdıqları aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.
