banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ – kateter vasitəsilə aorta qapağının protezləşdirilməsi əməliyyatları ötən ildən etibarən uğurla icra olunur

loader

Mərkəzi Neftçilər Xəstəxanasında ötən ilin iyun ayından etibarən həyata keçirilən TAVİ prosedurları istiqamətdə fəaliyyət uğurla davam etdirilir.

Cari ilin avqust ayı ərzində ağır aorta stenozu olan 5 pasiyent üzərində TAVİ əməliyyatı uğurla icra edilib. Bu, xəstəxanada mürəkkəb və müasir kardioloji prosedurların davamlı şəkildə həyata keçirildiyini göstərir.

Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsi açılmadan və ürək dayandırılmadan həyata keçirilən minimal invaziv üsuldur. Prosedur zamanı daralmış aorta qapağı kateter vasitəsilə yeni bioloji qapaqla əvəz olunur. Bu üsul xüsusilə açıq ürək əməliyyatının yüksək risk daşıdığı yaşlı və ağır xəstələr üçün böyük üstünlük yaradır.

TAVİ əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir və müvafiq tibbi göstəriş olduqda sığorta çərçivəsində qarşılanır.