TƏBİB-in İcraçı direktoru Anar Bayramov Şirvan şəhəri və Hacıqabul rayonunda fəaliyyət göstərən tibb müəssisələrinə işgüzar səfər edib.
İlk olaraq Anar Bayramov Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Səfər çərçivəsində əvvəlcə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olunub. Baxış zamanı müəssisədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur imkanları, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat, kadr potensialı, eləcə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər qiymətləndirilib.
Daha sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına baş çəkən İcraçı direktor burada yaradılmış şərait, şöbələrin fəaliyyəti, tibbi xidmətlərin təşkili və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub.
Anar Bayramov hər iki tibb müəssisəsinin rəhbərliyi ilə keçirilən görüşlərdə tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, pasiyentyönümlü yanaşmanın gücləndirilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, kadr potensialının səmərəli idarə olunması və iş prosesinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Anar Bayramov Şirvan şəhər və Hacıqabul rayon mərkəzi xəstəxanalarını ziyarət edib
Digər xəbərlər
Anar Bayramov Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarını ziyarət edib
25.07.2026
Anar Bayramov Qobustan rayonunda vətəndaşları qəbul edib
25.07.2026
Anar Bayramov Şuşa Müalicə-Sağlamlıq Mərkəzi və Qarabağ Universitetini ziyarət edib
30.06.2026
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ – kateter vasitəsilə aorta qapağının protezləşdirilməsi əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
28.08.2026
Qırmızı Bazar Həkim Məntəqəsində səyyar tibbi xidmət təşkil olunub
27.08.2026
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
26.08.2026
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
25.08.2026
Anar Bayramov Şirvan şəhər və Hacıqabul rayon mərkəzi xəstəxanalarını ziyarət edib
21.08.2026
TƏBİB tərəfindən immunizasiya tədbirləri davam etdirilir
21.08.2026
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026
