banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB tərəfindən immunizasiya tədbirləri davam etdirilir

loader

TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində ölkə üzrə 1–15 avqust tarixlərində 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub.

Plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusunun qiymətləndirilməsi, peyvənddən kənarda qalmış və natamam immunizasiyalı uşaqların müəyyənləşdirilməsi, valideynlərin maarifləndirilməsi və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 15–31 iyul tarixlərində keçirilən təlimlərdə 1 435 tibb işçisi iştirak edib.

loader
loader
loader
loader
loader