banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Uşaqların icbari dispanserizasiyası çərçivəsində bu şəhər və rayonlarda yalnız bir gün ərzində 600-ə yaxın uşaq ilkin müayinələrə cəlb olunub

loader

TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Laçın, Beyləqan, Şabran, Siyəzən və Yevlax rayon mərkəzi xəstəxanalarının tibb heyəti tərəfindən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq uşaqların ilkin müayinələri həyata keçirilir.

Laçın rayonu Zabux kənd tam orta məktəbində, Beyləqan rayon Dünyamalılar kənd Ə.Şirinov adına 1 nömrəli tam orta məktəbində və Ə.Rzayev adına 2 nömrəli tam orta məktəbində, Şabran Rayon Mərkəzi Xəstəxanası və müəssisənin tibb heyəti tərəfindən Şabran rayon Ə. Quliyev adına Şahnəzərli kənd tam orta məktəbində, Mərkəzi Ailə Sağlamlıq Mərkəzində, habelə Gəndov kənd tam orta məktəbində, Siyəzən rayonunda yerləşən 1 nömrəli tam orta məktəbdə və Yevlax şəhərində fəaliyyət göstərən Sahib Əliyev adına 1 saylı tam orta məktəbdə baş tutan müayinələr zamanı həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah və s. ixtisaslı mütəxəssislər tərəfindən uşaqlar icbari dispanserizasiya çərçivəsində müayinə olunublar.

Uşaqların icbari dispanserizasiyası çərçivəsində bu şəhər və rayonlarda yalnız bir gün ərzində 600-ə yaxın uşaq ilkin müayinələrə cəlb olunub. Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlanması tövsiyə olunub.

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.

İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə aparılır.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader