banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasında Reanimasiya və intensiv terapiya bloku istifadəyə verilib

loader

TƏBİB-in dəstəyi ilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Şəhər Xəstəxanasında 10 çarpayılıq Reanimasiya və intensiv terapiya bloku yaradılıb.

Reanimasiya və intensiv terapiya bloku artıq tamamilə yeni, ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Blok portativ süni tənəffüs aparatları, defibrilyatorlar, infuzomatlar, xəstəyanı monitorlarla və müasir avadanlıqlarla təmin olunub.

Tibb müəssisəsində bununla da reanimasiya çarpayı sayı 30-a çatdırılıb. Belə ki, 1 nömrəli Şəhər Xəstəxanasının Anesteziologiya və intensiv terapiya şöbəsində 15, Doğum şöbəsində isə 5 çarpayı mövcuddur.

Yeniliklər sayəsində göstərilən tibbi xidmətlərin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq.

 

loader
loader
loader
loader