banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

2024-cü ildə yaşı 70-dən artıq olan 215 mindən çox şəxsə zəruri tibbi xidmətlər göstərilib

loader

1 oktyabr BMT Baş Məclisinin Qətnaməsinə əsasən Dünya Ahıllar Günü kimi qeyd olunur.

Bu günün təsis olunmasında məqsəd bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltməkdir.

Ölkəmizdə dövlət səviyyəsində ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir, təminatlarının artırılması üçün ardıcıl işlər görülür.

Ahıl vətəndaşların ən həssas məsələlərindən biri də onların tibbi ehtiyaclarının ödənilməsidir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşılır, onların tibbi xidmət almaq hüquqları tam olaraq təmin edilir. Cari ilin avqust ayında tabeli tibb müəssisələrində ümumilikdə 1 milyon 800 minə yaxın tibbi xidmət göstərilib ki, burada da ahıl şəxslər xüsusi çəkiyə malikdir.

2024-cü ilin yanvar-avqust ayları ərzində yaşı 70-dən çox olan 215 min 510 nəfər TƏBİB tabeli tibb müəssisələrinə müraciət edərək müvafiq tibbi xidmətlərdən yararlanıb. İlin əvvəlinə olan hesablamalara əsasən yaşı 70-dən çox olan vətəndaş sayı 506 min təşkil edib. Belə ki, həmin şəxslərdən 43%-i zəruri tibbi xidmətlər üçün tibb müəssisələrinə müraciət edib.

2023-cü ildə yaşı 70-dən çox olan vətəndaş sayı 442 min təşkil edib. Onlardan isə 52%-i tibbi xidmətlərdən yararlanıb, belə ki 231 min 827 nəfər tibb müəssisələrinə müraciət edib.

Ahıl və qoca yaş qrupunda olan şəxslərdə ürək-damar sisteminin xəstəlikləri üstünlük təşkil edir. Xəstəxanalarda müxtəlif xəstəliklər üzrə qeyd edilən yekun statistik göstəricilərə əsasən ürək-qan-damar sisteminin xəstəlikləri birinci sıradadır. İkinci yerdə şəkərli diabet, daha sonra onkoloji, nevroloji və s. xəstəliklər gəlir.