banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir

loader

TƏBİB ölkəmizdə müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirləri davam etdirir.

 

Son dövrlər həyata keçirilən yenidənqurma işlərindən biri də tibb müəssisələrində radioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yeni avadanlıqların alınması və bu sahədə mövcud olan əsas texniki çatışmazlıqların aradan qaldırılmasıdır.  

 

2023-2024-cü illər ərzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılan işlər nəticəsində 8 tibb müəssisəsində maqnit-rezonans tomoqrafiya (MRT), 3 tibb müəssisəsində kardiovaskulyar cərrahiyyə (KVC), 2 tibb müəssisəsində angioqrafiya (anju), 1 tibb müəssisəsində isə kompüter tomoqrafiya (KT) xidməti qurulub.

 

Görülən işlər çərçivəsində Respublika Klinik Xəstəxanası, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Binəqədi və Sumqayıt tibb mərkəzləri, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Lənkəran, Şəmkir, Şəki rayon mərkəzi xəstəxanalarında MRT, Şəki Rayon Mərkəzi Xəstəxanasında eyni zamanda da KT yenilənib.

 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan ürək mərkəzlərində angioqrafiya və kardiovaskulyar cərrahiyyə, Şəki Rayon Mərkəzi Xəstəxanasında kardiovaskulyar cərrahiyyə xidməti qurulub.

 

Tibb müəssisələrinin infrastrukturunun, maddi-texniki bazasının təkmilləşdirilməsi çərçivəsində il ərzində daha bir neçə tibb müəssisəsində radioloji xidmətlərin yenilənməsi və müasir standartlar səviyyəsinə çatdırılması nəzərdə tutulur.