TƏBİB, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və “Almaz Akademie” Tibbi Treninq Mərkəzinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində "Minimal invaziv cərrahiyyədə son nailiyyətlər" adlı regional konfrans keçirilib.
Tədbirdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən 70-ə yaxın mütəxəssis iştirak edib.
Konfransda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov, professor Qurbanxan Müslümov və professor İslam Mahalov minimal invaziv cərrahiyyə sahəsində son yeniliklər, müasir yanaşmalar və təcrübələr haqqında iştirakçılara geniş məlumat veriblər.
Konfrans çərçivəsində professor Qurbanxan Müslümov "Minimal invaziv cərrahiyyədə səhvlər və ağırlaşmalar", professor İslam Mahalov "Əməliyyatdaxili fəsadlar: Ginekoloq nəyə hazır olmalıdır?", həkim Vasif İsmayılov "Minimal invaziv cərrahiyyəyə göstəriş alqoritmləri", həkim Elnur Əkbərov "Endoskopik sinus cərrahiyyəsində ən çox rastlanan fəsadlar" mövzusunda məruzələrlə çıxış ediblər.
Bundan əlavə, konfrans çərçivəsində TAPP, laparoskopik kistektomiya və lazer proktoloji əməliyyatları canlı yayım vasitəsilə icra olunaraq zala transliyasiya edilib.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və müasir minimal invaziv cərrahiyyənin inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, tibbi bilik və təcrübə mübadiləsinin genişlənməsinə töhfə vermək məqsədi ilə regionlarda bu cür elmi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Şirvanda "Minimal invaziv cərrahiyyədə son nailiyyətlər" mövzusunda regional konfrans keçirilib
Digər xəbərlər
20-31 mart tarixlərində təcili tibbi yardım xidmətinə 52 mindən çox müraciət daxil olub
01.04.2025
2 Aprel Ümumünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar layihə həyata keçirilib
02.04.2025
TƏBİB-in nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri baş tutub
19.03.2025
Region xəstəxanasında icra olunan daha bir mürəkkəb əməliyyat uğurla başa çatıb
02.04.2025
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Avstriyada fəaliyyət göstərən azərbaycanlı həkimlərlə görüşüb
19.03.2025
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
19.03.2025
Şirvanda "Minimal invaziv cərrahiyyədə son nailiyyətlər" mövzusunda regional konfrans keçirilib
18.03.2025
Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatı
18.03.2025
Səhiyyə nazirinin sədrliyi ilə Vərəmlə Mübarizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının növbədənkənar geniş iclası keçirilib
17.03.2025
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasında Abşeron və Zəngilan rayon sakinlərini qəbul edib
17.03.2025