banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

loader

Dövlət tibb müəssisələri arasında ilk dəfə olaraq Kliniki Tibbi Mərkəzdə (KTM) epileptik ocaqların aşkar edilməsi və onun beyindən xaric edilməsi üzrə ağır cərrahi əməliyyat icra olunub.

Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman neyrocərrah Fərid Qaralov və uzman neyrocərrah Nicat Bayramlı və assistent, Neyrocərrahiyyə şöbəsinin həkim-rezidenti Elşən Əhmədlinin iştirakı ilə həyata keçirilən əməliyyat uğurla başa çatıb. Pasiyent üzərində sol tərəfli anterior temporal lobektomiya və amiqdalohipokampektomiya cərrahi əməliyyat 3 saat davam edib və müsbət nəticə əldə olunub.

Əməliyyat sonrası xəstədə nevroloji defisitsizdir və postop dövrdə epileptik tutma qeyd olunmayıb. Xəstə nevroloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb.

Məlumat üçün bildirək ki, həyata keçirilən əməliyyat bu günə qədər, əsasən, xaricdə və qismən bəzi özəl tibb müəssisələrində baş tutub.

Epileptik ocaqların aşkar edilməsi, onun beyindən xaric olunması əməliyyatının KTM-də icra edilməsi yüzlərlə vətəndaş üçün də əlçatan olacaq.

Qeyd edək ki, 16 yaşlı yeniyetmə uzun müddətdi davam edən çoxsaylı epileptik qıcolma şikayət ilə Mərkəzə müraciət edib.

İkili yüksək doza antiepileptik dərman içməsinə baxmayaraq, nəticə əldə olunmayıb. Çəkilən MRT müayinəsi zamanı xəstədə sol Mezial temporal skleroz (MTS) aşkarlanıb. EEG müayinəsi ilə diaqnoz təsdiqlənib.

Qeyd edək ki, epilepsiya doğuş zamanı və ya doğuşdan sonra hər hansı səbəbdən beyni zədələnən insanlarda yaranır. Anidən baş verən epileptik tutmalar beynin müəyyən və ya bütün hissəsinə yayılır. Dərman terapiyası əksər xəstələrdə təsirli olsa da, bəzi xəstələrdə gözlənilən effekti vermir və epilepsiyaya səbəb olan əsas vəziyyətə görə bu xəstələrə cərrahi müdaxilə tətbiq edilir.

loader
loader
loader
loader
loader