banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Vəngli, Suqovuşan, Həsənriz və Aşağı Oratağ kəndlərində səyyar tibbi xidmət təşkil olunub

loader

İşğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli, Suqovuşan, Həsənriz və Aşağı Oratağ kəndlərində sakinlərin tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.

Avqust ayı ərzində baş tutan səyyar tibbi xidmətdə Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı terapevt, mama-ginekoloq, pediatr, cərrah və kardioloq tərəfindən 244 nəfərə zəruri tibbi xidmətlər göstərilib.

Səyyar tibbi xidmətin məqsədi sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin yerində göstərilməsidir.

Qeyd edək ki, avqust ayı ərzində Ağdərə rayonunun Suqovuşan, Vəngli, Həsənriz və Oratağ kəndlərində ümumilikdə 8 dəfə vətəndaşlar üçün səyyar tibbi xidmət keçirilib.

loader
loader
loader
loader
loader
loader