banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Sabunçu Tibb Mərkəzinin yenilənən Cərrahi profilli reanimasiya şöbəsində 1 000-dən çox xəstəyə tibbi xidmət göstərilib

loader

Tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə və şəraitsiz şöbələrin yenidənqurulması, yararsız tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Son dövrlə bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən yeniliklərdən biri də Sabunçu Tibb Mərkəzi ilə bağlıdır. Ötən ilin sonlarında yenidən istifadəyə verilən Cərrahi profilli reanimasiya şöbəsində qısa zamanda vəziyyəti ağır və orta ağır qiymətləndirilən 1 058 pasiyentə tibbi xidmət göstərilib. Müasir avadanlıqlarla təmin olunmuş bu şöbədə yaradılan şərait imkan verir ki, daxil olan pasiyentlərin 90%-dən çoxunun həyatını xilas etmək mümkün olsun.

Məlumat üçün bildirək ki, şöbə yeni süni tənəffüs aparatları, defibrilyator, çətin intubasiya üçün videolarinqoskop, EKQ aparatları ilə təchiz edilib. Bundan əlavə, kəllə-beyin travmaları, eləcə də müştərək travmalarla daxil olan xəstələrə tibbi yardım göstərilməsi üçün şöbə portativ süni tənəffüs aparatları, defibrilyatorlar, infuzomatlar, xəstəyanı monitorlarla və müasir avadanlıqlarla təmin olunub.

Bundan başqa, şöbə ağır kəllə-beyin travmalı, mədə-bağırsaq qanaxması, kəsilmiş-deşilmiş yaralar və reanimasiya göstərişi olan pasiyentləri qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib.

Tibb personalının xəstələrin vəziyyətini müşahidə etmələri üçün nəzarət otaqları yaradılıb. Cərrahi profilli reanimasiya şöbəsindəki otaqlar hər biri ayrılıqda mərkəzi havalandırma sistemi ilə təmin edilib.

Anestezioloji xidmət üçün zəruri olan bütün təchizat yenilənib. Reanimasiya otaqları 22 çarpayı ilə təchiz olunub. Həmçinin infeksion xəstələrin müalicəsi üçün izolyasiya otağı da mövcuddur.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader